AZ

Kiminsə qızının müğənni olmasına pis baxırdılar

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bizim ailəmizdə hamının gözəl səsi olub. Anamın da, böyük bacımın da oxumağı var idi. Amma heç kim müğənni olmadı. Çünki bu sənətə yetərincə sevgiləri yox idi".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişində deyib. Müğənni övladlarından danışıb:

"O vaxt müğənniliyə pis baxırdılar. Pis baxırdılar ki, kiminsə qızı müğənni olacaq. İndikilər özləri istəyir. Əgər insanın sevgisi varsa, qarşısını kəsmək mümkün deyil. Mənim qarşımı kəsə bilmədilər. Övladlarımın da səsi var. Amma onların oxumaq həvəsi olmadı. Bu sənəti dəlicəsinə sevməlisən ki, arxasınca gedəsən".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
50
axsam.az

10Mənbələr