AZ

I Liqa: "Şəfa" MOİK ilə üz-üzə, 2025-ə Ağsuda yekun vurulur

Bu gün Azərbaycanın daxili yarışlarında 2025-ci ilin son oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, I Liqanın 12-ci turunun ikinci oyun günündə 2 görüş baş tutacaq.

Turun prinsipial qarşılaşmalarından olan MOİK - "Şəfa" matçı Binədə oynanılacaq. Lider son üç turda qələbələri sıralayan "hərbçilər"i yenib qış fasiləsinə 5 xallıq fərqlə lider yollanmaq istəyir. İstənilən halda, çempionatda uzun məğlubiyyətsiz oyunlar seriyasına malik olan Elgiz Kərəmlinin komandası qış çempionluğunu rəsmiləşdirib.

Günün, turun və ilin son oyunu Ağsuda reallaşacaq. "Difai" doğma meydanda "Cəbrayıl"ı sınağa çəkəcək.

Qeyd edək ki, tur çərçivəsində ötən gün baş tutan görüşlərdə "Mingəçevir" "Şahdağ Qusar"la bərabərə qalıb (1:1), "Səbail" "Şimal"a uduzub (3:4), "Baku Sportinq" isə "Zaqataladan üstün olub (2:1).  

Azərbaycan I Liqası
12-ci tur
25 dekabr 

14:00. MOİK – “Şəfa” 
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu.

14:30. “Difai” – “Cəbrayıl”
Hakimlər: Rəvan Həmzəzadə, Gülnurə Əkbərzadə, Sevda Nuriyeva, Niyaz Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Ağsu şəhər stadionu.

Seçilən
6
fanat.az

1Mənbələr