AZ

Bloomberg: Hindistanın ən böyük neft şirkəti Rusiyadan xammal tədarükünü bərpa edib

Hindistanın ən iri neft emalı şirkəti olan “Reliance Industries Ltd.” Rusiya neftinin Qucarat ştatında yerləşən zavodu üçün alışını bərpa edib. “Bloomberg” agentliyi mənbələrə istinadən bildirir ki, korporasiya xammalı sanksiyalara məruz qalmayan tədarükçülər vasitəsilə endirimlə alır.

Hindistan rəsmilərinin qiymətləndirməsinə görə, bu addım dekabr ayında iki dəfədən çox azala bilən Rusiya nefti idxalındakı kəskin enişi qismən kompensasiya edə bilər.

Bununla belə, “Bloomberg”in hesablamalarına əsasən, dekabr ayında Rusiya neftinin ixracı 2023-cü ilin may ayından bəri ən yüksək səviyyəyə çatıb. Agentlik ixrac üçün mövcud neft həcmlərinin artmasını Rusiyadakı müəssisələrə pilotsuz uçuş aparatlarının hücumları ilə əlaqədar emal həcmlərinin kəskin azalması ilə izah edir.

“Reliance” noyabrın 20-dən etibarən Rusiya neftinin alışını dayandırmışdı. Bu qərar Rusiyaya qarşı beynəlxalq sanksiyalarla bağlı idi. Bundan bir ay əvvəl ABŞ “Rosneft” və LUKOIL şirkətlərinə qarşı bloklayıcı sanksiyalar tətbiq etmişdi.

Seçilən
27
banker.az

1Mənbələr