AZ

NFC ödənişlərinin tətbiqi genişlənir

Dekabrın 25-dən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütünavtobus marşrutlarında NFC sistemini dəstəkləyən yerli bankkartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsızödəniş mexanizmi tam şəkildə aktivləşdirilib.

Yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biriardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırdasərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yəartırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdimedilir. İlkin mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcılödəniş əməliyyatlarının sayının artırılması planlaşdırlır. 


Yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıqnağd pul və ya fiziki “BakıKart”ın daşınmasına ehtiyac qalmır –telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digərcihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazıvalidatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır vəəməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkliyerli bank kartları, həmçinin smartfon və fiziki kartdan istifadəetməlidirlər.

Layihənin pilot mərhələsi dekabrın 20-də ilk olaraq 500 nömrəlimarşrut xəttində tətbiq edilib. NFC ödəniş texnologiyasının digərdaşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildəgenişləndirilməsi nəzərdə tutulub.

Seçilən
56
28
az.trend.az

10Mənbələr