AZ

Putin və Corc Buş arasındakı söhbət sızdırıldı - Rusiya lideri Ağ Evin sabiq rəhbərinə Ukrayna ilə bağlı nələr deyib?

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin keçmiş dövlət başçısı Corc Buş arasında aparılan söhbətlərin transkriptləri internetdə sızdırılıb.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Arxivinin mətbuat mərkəzi məlumat yayıb.

Hətta o vaxtlar, 2001 və 2008-ci illərdə Kreml lideri Ukraynanın NATO-ya qoşulmasına və digər məqamlara qarşı olduğunu açıq şəkildə bildirib.

Beləliklə, 2001-ci ildə Putin Buşa Ukraynanın NATO-ya daxil olmasının Rusiya Federasiyası ilə ABŞ arasında münaqişə sahəsi və uzunmüddətli qarşıdurma yaradacağını deyib.

"Vurğulamaq istərdim ki, Ukrayna kimi bir ölkənin NATO-ya qəbul edilməsi uzunmüddətli perspektivdə qarşıdurma yaradacaq", - deyə Putin bildirib.

Ukraynanın Alyansa qoşulmasının nəticələrini niyə bu cür gördüyü soruşulduqda, Putin Ukraynanın qonşu ölkələrin ərazilərindən formalaşmış süni şəkildə yaradılmış mürəkkəb bir dövlət olduğunu cavablandırıb.

Eyni zamanda, Rusiya lideri Ukrayna əhalisinin üçdə birinin rus olduğunu və sakinlərinin əhəmiyyətli bir hissəsinin NATO-nu düşmən bir qurum kimi qəbul etdiyini bəyan edib.

"Bu, Rusiyanın yaxınlığında hərbi bazaların və yeni hərbi sistemlərin yerləşdirilməsi təhlükəsi yaradır. Bu, bizim üçün qeyri-müəyyənlik və təhlükə yaradır. Və Ukraynadakı NATO əleyhinə qüvvələrə güvənərək Rusiya NATO-nu genişlənmək imkanından məhrum etməyə çalışacaq" - deyə Putin o zaman qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
35
missiya.az

1Mənbələr