AZ

"Azərbaycan QHT-ləri beynəlxalq səviyyədə uğurlarını artırır"- QHT sədri

"Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında 2025-ci ilin vətəndaş cəmiyyəti üçün uğurlu il olduğunu bildirib.

Onun sözlərinə görə, 2025-ci il QHT sektoru üçün “davamlı dayanıqlılıq” və “intibah dövrünün növbəti ili” kimi xarakterizə oluna bilər. QHT sədri qeyd edib ki, QHT-lər artıq beynəlxalq səviyyəli tədbirlərdə həm iştirakçı, həm də təşkilatçı kimi çıxış edir, təsir imkanları yaradan strukturlarda söz sahibinə çevrilirlər:

"Əminəm ki, bu sözlərin əsl mənasını bu sahədə “sadəcə olan” deyil, “çalışan və mübarizə aparan”, vətəndaş cəmiyyəti sektorunda uzun illlər fəaliyyət göstərən, bu sahəyə bir hobbi kimi deyil, onun fəlsəfəsini dərindən bilən, ona bir peşə kimi yanaşanlar, bu sahənin çətin dövründə problemlərin həlli uğrunda mübarizə aparan, uğularında payı olan, ölkənin ictimai siyasi həyatında fəal iştirak edən, bütövlükdə QHT institutlarının ayaqda qalmasına, inkişafına töhfə verənlər anlaya bilərlər. Həqiqətəndə hələ də müəyyən problemlərin qalmasına baxmayaraq 2025-ci il QHT sektorunda kifayət qədər əlamətdar hadislərlər, uğurlarla yadda qalacaq".

Əhməd Abbasbəyli vurğulayıb ki, Azərbaycan vədəndaş cəmiyyəti institutları beynəlxalq səviyyəli tədbirlərin də fəal iştirakçısına çevrilməklə yanaşı, həm də təşəbbüskarı, təşkilatçısı kimi çıxış etməyə başladı. Artıq Azərbaycanın QHT-ləri beynəlxaql səviyyədə bu və ya digər məsələlərlə bağlı təsir imkanları yaradan strukturların yaradılmasına nail olaraq, söz sahibinə çevrilməyə başlayıb:

"Əlbəttə əvvəlki dövlrədən fərqli olraq beynəlxaql əlaqələr fərdi, yəni ayrı-ayrı təşkilatların yaratdığı spontan əməkdaşlıq deyil, konkret məqsəd və məram ətrafında kollektiv əməkdaşlıq mahiyyəti daşıyır. Bu istiqamətdə mənzərəni aydın təsvvür etmək üçün bir neçə faktı qeyd etmək  kifayətddir:  Belə ki, Azərbaycan QHT-lərinin ölkədaxilində və xaricdə keçirdiyi tədbirlərin sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu. Cənub QHT Platformasının yaradılmasına 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 nümayəndə imza ilə dəstək verdi. Bakının Qlobal Cənub QHT Platformasının daimi mənzil-qərargahına çevrilməsi, rəhbərliyin Azərbaycan QHT-lərinə həvalə edilməsi kifayət qədər böyük tarixi uğurdur".

Seçilən
26
qht.az

1Mənbələr