ain.az, Oxu.az saytına istinadən bildirir.
"Bizim dədə-baba yurduna qayıtmağımızda rolu olan hər bir şəxsə təşəkkür edirəm. Allah Prezidentimizin canını sağ etsin, şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq arzulayıram. Bu qərarı çoxdandır gözləyirdik. Ağdamın planına baxmışam, Parisdən də gözəl olacaq".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Ağdam şəhərinə köç edən Fehruz Nəsir oğlu Əhmədov deyib.
O bildirib ki, 38 yaşında Ağdamdan çıxıb:
"32 ildən sonra qayıdıram, 71 yaşım var. Çox sevinirəm ki, bu gözəl günü yaşayıram".
Məhərrəm Əliyev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.