AZ

Paytaxtda F-1 əl qumbarası tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakışəhəri, Xəzər rayonu ərazisində sursat aşkar edilməsi barədəməlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədardərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardantəmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Bildirilib ki, hüquq mühafizə orqanı əməkdaşları ilə birgəərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisəyerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı1 ədəd partladıcısı üzərində olan F-1 əl qumbarası olduğu müəyyənedilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Seçilən
44
22
az.trend.az

10Mənbələr