AZ

İrəvan "Tramp yolu"nun icrasının tarixini açıqlayıb

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətiməlumatyayıb. Bildirilib ki, bu layihə regional kommunikasiyanın inkişafı istiqamətində genişmiqyaslı infrastruktur proqramlarının məntiqi davamıdır:

"Ermənistan layihə üçün hüquqi zəmin və tənzimləyici mexanizmlər hazırlamaq məqsədilə amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparır. Bu çərçivədə Ermənistan-ABŞ birgə müəssisəsi "TRIPP Company" İrəvanda qeydiyyatdan keçəcək. Şirkətə dəmir yolları, avtomobil yolları, neft-qaz boru kəmərləri və fiber-optik rabitə xətləri və s. zəruri infrastrukturu təkmilləşdirilmək səlahiyyəti veriləcək".
Tramp yolu | İrəvanda "TRIPP" şirkəti yaradılır

İrəvan belə qənaətdədir ki, "Tramp yolu" hökumətin "Sülh qovşağı" təşəbbüsünün ayrılmaz hissəsidir:

"Bu layihə həmçinin "Orta Dəhliz", "Fars Körfəzi – Qara dəniz Beynəlxalq Nəqliyyat Dəhlizi və s. təşəbbüslərin davamı mahiyyətindədir".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlanacağını bildirib.

Öz növbəsində, Prezident İlham Əliyev Ağ Evdə birgə mətbuata bəyanatda söyləyib ki, sözügedən təşəbbüs çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq:

"Bu, həqiqətən, tarixi gündür. Qafqazda sülhü bərqərar edirik. Bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Donald Trampın da düzgün qeyd etdiyi kimi, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq".

Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan da avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında layihə haqqında danışıb. Onun sözlərinə görə, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var.

Firudin Həmidli
AzVision.az
Seçilən
3
1
azvision.az

3Mənbələr