La Liqa dekabr ayı üçün İspaniya çempionatının ən yaxşı oyunçusu mükafatı uğrunda mübarizə aparacaq oyunçuların siyahısını dərc edib.
Fanat.Az xəbər verir ki, qurumun açıqladığı qısa siyahıya ilin son ayında fərqlənən müxtəlif klublardan beş futbolçunun adı daxil edilib.
"Real Madrid" in hücumçusu Kilian Mbappe namizədlər arasındadır. Fransız futbolçu başa çatmaqda olan ayda 270 dəqiqə oynayıb, 2 qol vurub, ötürmə dəqiqliyi 84,3 faiz olub.
"Barselona"nın vingeri Lamin Yamal da bu mükafata iddialıdır. O, eyni oyun müddətində 2 qol vurub, ötürmə dəqiqliyi 84,8 faiz olub və namizədlər arasında liderlik edir.
"Selta Viqo"nun qapıçısı İonuț Radu da siyahıya daxil edilib. Rumıniyalı qapıçı dekabr ayında keçirilən üç oyunun hamısında qapısını toxunulmaz saxlayıb, 270 dəqiqə oynayıb və ötürmə dəqiqliyi 57,7 faiz olub.
Səsvermənin qalibi La Liqa tərəfindən tezliklə açıqlanacaq.