
İsrail kəşfiyyat agentliyi MOSSAD-ın Livanda keçirdiyi gizli əməliyyat zamanı təqaüddə olan general, təhlükəsizlik zabiti Əhməd Şükrü qaçırdığı iddia edilir.
Missiya.Az xəbər verir ki, Livan rəsmilərinə istinadən yayılan məlumata görə, hadisə 1986-cı ildə yoxa çıxan İsrail Hərbi Hava Qüvvələrinin pilotu Ron Aradın işi ilə əlaqəli ola bilər.
Bildirilir ki, Ə.Şükr Beqaa vadisində yerləşən Nəbi Şit kəndindən dağlıq Zəhlə bölgəsinə aparıldıqdan sonra naməlum istiqamətdə qaçırılıb. İddialara əsasən, MOSSAD agentləri əməliyyatdan iki gün əvvəl İsveç pasportları ilə Beyrut Beynəlxalq Hava Limanı vasitəsilə Livana daxil olub və hadisədən sonra ölkəni tərk ediblər.
Livan məhkəmə rəsmisi Əhməd Şükrün itkin düşməsi ilə bağlı istintaqın davam etdiyini, onun İsrail agentləri tərəfindən öldürüldüyü və ya İsrailə aparıldığı ehtimallarının araşdırıldığını bildirib.
Seyranə QuliyevaMissiya.Az