AZ

Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Aznews.az xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 308 nəfərdən ibarət 83 ailə köçürülüb. Bakı şəhərindən – 77 ailə (292 nəfər); Bərdə rayonundan – 2 ailə (9 nəfər); Sumqayıt şəhərindən – 1 ailə (3 nəfər). Mingəçevir şəhərindən – 1 ailə (2 nəfər); Ağcabədi rayonundan – 1 ailə (1 nəfər); Gəncə şəhərindən – 1 ailə (1 nəfər) köçürülüb.

Cəmi 405 nəfərdən ibarət 103 ailə köçürülüb.

Seçilən
33
8
aznews.az

10Mənbələr