AZ

Rusiyada siyasi məhbus Teymur Abdullayev namaza görə istintaq təcridxanasına göndərilib

Krımlı siyasi məhbus Teymur Abdullayev Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərində yerləşən İK-2 cəzaçəkmə koloniyasında namazı yarımçıq kəsmədiyi üçün 15 sutka müddətinə istintaq təcridxanasına göndərilib.

Poliqon xəbər verir ki, bu barədə Krımskaya solidarnost siyasi məhbusun anası Dilyara Abdullayevaya istinadən məlumat yayıb.

Qadının sözlərinə görə, ciddi saxlanma şəraitində olan barakda yerləşdirilən oğlu dekabrın 16-dan etibarən istintaq təcridxanasındadır:

"Yenə də qəsdən namaz vaxtı yoxlama ilə içəri giriblər. Onlar yaxşı bilirdilər ki, namazı yarımçıq kəsmək olmaz. Cəza da buradan qaynaqlanır: ayağa qalxmayıb, hörmət göstərməiyib. Qəsdən sərt rejimli koloniyanın ən ağır şəraitli kamerasına daxil olublar ki, dua edənlərin hamısını daha da qeyri-insani şəraitə - beton kameraya atsınlar. Onlar dörd nəfərdir, hamısı müsəlmandır və bu amansız şaxtalarda, hava mənfi 20–22 dərəcə olduğu vaxtda orada saxlanılırlar".

Onun sözlərinə görə, Teymur Abdullayevə əlavə cəza təyin olunmazsa, dekabrın 31-dək istintaq təcridxanasından buraxılacaq.

Qeyd edək ki, Teymur Abdullayev 2016-cı ildə saxlanılıb və Rusiyada qadağan olunmuş, lakin digər ölkələrdə fəaliyyət göstərən "Hizb ut-Təhrir" islam siyasi partiyasına aidiyyəti olduğu iddiası ilə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona 1 il 4 ay inzibati nəzarət cəzası da verilib. O, Rusiya koloniyasında saxlanıldığı müddətdə eşitmə qabiliyyətini qismən itirib.

Poliqon.info

Seçilən
60
poliqon.info

1Mənbələr