AZ

Çin Azərbaycana birbaşa investisiyaların həcmini artırıb

Bakı.Trend:

Son on ildə Cənubi Qafqaz ölkələrində Çinin yığılmış birbaşaxarici investisiyalarının həcmi 2,5 dəfə artaraq 280 milyon ABŞdollarından 690 milyon ABŞ dollarına yüksəlib.

Trend bu barədəAvrasiya İnkişaf Bankına (AAİB) istinadən xəbər verir.

Məlumata görə, investisiya portfeli Azərbaycan və Gürcüstanarasında bölüşdürülüb: təxminən 60 faizi Azərbaycanın, 40 faizi isəGürcüstanın payına düşür. İnvestisiyalar üçün prioritet sahələremal sənayesi və energetikadır.

“Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində Çinin yığılmışbirbaşa investisiyalarının ümumi həcmi 160 layihə çərçivəsində 31,5milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Son on ildə Aİİölkələrində Çin investisiyaları 1,5 dəfə artıb. İnvestisiyalarınəsas hissəsi Rusiyanın və Qazaxıstanın payına düşür ki, bu iki ölkəbirlikdə ümumi yatırımların 91 faizi düşür”, – deyə məlumatda qeydolunur.

Bildirilir ki, investisiyalar əsasən hasilat sənayesinəyatırılır. Bu sahəyə 14,7 milyard ABŞ dolları yönəldilib ki, bu dainvestisiya portfelinin 47 faizinə bərabərdir. Eyni zamanda,2025-ci ilin ortasına olan vəziyyətə görə, emal sənayesinəyatırımların həcmi 9,8 milyard ABŞ dollarına, yəni portfelin 31faizinə çatıb.

“Rusiya Çin birbaşa investisiyalarının ən böyük alıcısıdır.2025-ci ilin birinci yarısına olan vəziyyətə görə, ölkədə Çininyığılmış investisiyalarının həcmi 17,5 milyard ABŞ dollarına çatıbki, bu da Aİİ ölkələrindəki ümumi Çin investisiyalarının 55 faizinitəşkil edir. Ən iri layihə “Sinopec” şirkətinin Amur qaz-kimyakompleksində 40 faizlik payla iştirakı olub. 2025-ci ilin ortasınaqədər bu layihəyə yönəldilən ümumi investisiya həcmi 3,2 milyardABŞ dollarına çatıb”,- deyə məlumatda qeyd olunur.

Məqalədə:
Seçilən
55
1
az.trend.az

2Mənbələr