AZ

“Atletik Bilbao” klubu “artsax” bayrağına görə cərimələndi

“Atletik Bilbao” “Qarabağ”la Çempionlar Liqası matçında təxribata yol verdiyinə görə cərimələnəcək. Oyun oktyabrın sonlarında İspaniyada baş tutub.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) “Atletik Bilbao”ya Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan “Qarabağ”ına qarşı oyunda azarkeşlərinin davranışına görə cərimə ödəməyi tapşırıb.

San Mames stadionunda keçirilən oyun zamanı tribunada Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində qurulan qondarma “DQR” respublikasını təmsil edən bayraq peyda olub.

Cərimə məbləği “Atletik Bilbao”ya 10.000 avrodur.

Xatırladaq ki, “Atletik Bilbao” və “Qarabağ” 22 oktyabrda Bilbaoda qarşılaşıblar. İspaniya komandası 3-1 hesabı ilə qalib gəlib.

Seçilən
25
veteninfo.az

1Mənbələr