AZ

Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" MMC  "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yeni Avis 2 informasiya sistemində xidmət modulunun növbəti relizinin yaradılması" üçün tenderi yekunlaşdırıb.

Marja.az xəbər verir ki, tenderdə qalib şirkət "EDİSOFT AZ OÜ" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir. Təklifin qiyməti 2 milyon 830 min manatdır, halbuki ehtimal olunan qiymət 2 milyon 835 min manat idi.

"Edisoft" 1990-cı illərdə Estoniyada qurulmuş və şirkətlərin sənədləri kağızsız, təhlükəsiz və asanlıqla mübadilə etməsini mümkün edən proqram təminatının hazırlanması ilə fəaliyyətə başlamışdır. “Qaraj startapı” olaraq fəaliyyətə başlayaraq,  tədricən beynəlxalq bazarlarda – Avropadan Asiya və Yaxın Şərqə qədər – fəaliyyət göstərən böyük bir İT şirkətinə çevrilmişdir. 

Tikinti-Təchizat Birliyi MMC tender nəticələri EDİSOFT AZ OÜ informasiya sistemi relizi Yeni Avis 2 Dövlət Vergi Xidməti xidmət modulu tender qalibi proqram təminatı kağızsız sənəd mübadiləsi təhlükəsiz sənəd mübadiləsi beynəlxalq İT şirkəti Estoniya startapı Avropa bazarı Asiya bazarı Yaxın Şərq bazarı İT həlləri proqram təminatı inkişafı Marja.az xəbərləri dövlət tenderləri İqtisadiyyat Nazirliyi tenderləri İT şirkətləri Azərbaycanda proqram təminatı şirkətləri
Seçilən
26
1
marja.az

2Mənbələr