AZ

Füzuli Məmmədov “Kəpəz”in Yevlaxdan uzaqlaşdırılmasını istəyir? – ÖZÜ AÇIQLADI

Bilindiyi kimi, “Kəpəz” ev oyunlarını Yevlax şəhər stadionunda keçirir.

İş ondadı ki, daha əvvəl Gəncə şəhər stadionunun yenidən qurulmasına görə Qəbələ və Tovuz şəhər stadionlarında meydana çıxan “sarı-göylər” burdan da uzaqlaşdırıla bilər. Ona görə ki, Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov Azər Bağırovun komandasının Yevlaxda meydana çıxmasından narazıdı. O, Misli premyer-liqasının 14-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirilən oyundan sonra (0:3) bu mövzuda danışarkən deyib ki, qərar onun dövründə verilməyib və yanvardan sonra bu barədə rəhbərliklə danışacaq.

Maraqlıdı, mütəxəssisin bu yöndə qərarı dəyişibmi? Yoxsa “Kəpəz” ev oyunlarını Yevlaxda keçirməyə davam edə biləcək?

Bu suallarla Füzuli bəyə müraciət etdik. Lakin mütəxəssis bu barədə danışmaq istəmədiyini, yekun qərarın rəhbərlik tərəfindən veriləcəyini bildirdi. Onun sözlərinə görə, komanda üçün hazırda daha vacib iş heyətin gücləndirilməsidi. Yevlaxlılar bu məqsədlə yerli futbolçularla danışıqlara start verib. O başqa məsələ ki, klubun legioner almaq planı yoxdu. Ona görə ki, əcnəbi futbolçularla bağlı limit hələ yay “transfer pəncərəsi” çərçivəsində dolub.

KƏNAN BAHADIR

Seçilən
36
1
football-plus.az

2Mənbələr