AZ

Paşinyanın seçkilərdə ilk rəqibi MƏLUM OLDU

Ermənistan Milli Konqresi (AMK) partiyasının sədr müavini Levon Zurabyan 2026-cı il parlament seçkilərində baş nazirliyə namizəd kimi irəli sürülüb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresinin üzvü Aram Manukyan deyib.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın təsis etdiyi Erməni Milli Konqresi daxilindəki siyasi qüvvələrlə məsləhətləşmələrdən sonra partiya seçkilərdə müstəqil şəkildə iştirak etmək qərarına gəlib, lakin digər qüvvələr və şəxslərlə əməkdaşlığa açıqdır.

Qeyd olunur ki, 26 dekabr cümə günü AMK "Holiday Inn" otelində seçkiqabağı tədbir keçirəcək və bu tədbirdə konqres seçkilərdə iştirak formatını və baş nazirliyə namizədini rəsmi açıqlayacaq. Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək.

Seçilən
16
2
modern.az

3Mənbələr