AZ

Bakıda məktəbliləri daşıyan mikroavtobus əks zolağa çıxdı - VİDEO - YENİLƏNİB

Bakıda şagirdləri daşıyan servis avtobusu qəza şəraiti yaradıb.

"Cebheinfo.az" Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Yeni Yasamaldan Kənar Dairəvi yola daxil olan ərazidə qeydə alınıb.

Bu zaman avtobus əks yola çıxaraq qarşıdan gələn avtomobillər üçün potensial təhlükə yaradıb.

Digər sürücülərin sözlərinə görə, 77-CH-454 dövlət nömrə nişanlı mikroavtobus tez-tez qaydaları pozaraq uşaqların həyatını təhlükəyə atır.

***

Bakıda şagirdləri daşıyan avtobusun yol hərəkəti qaydalarını pozması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd olunan faktla bağlı mikroavtobusun sürücüsü barəsində qanuna müvafiq tədbir görülməklə inzibati tənbeh tədbiri tətbiq edilib.

"Cebheinfo.az"

Seçilən
8
3
cebheinfo.az

5Mənbələr