AZ

Salah “Liverpul”dan ayrıla bilər – danışıqlara start verilir

“Liverpul”un misirli ulduzu Məhəmməd Salahın İngiltərə nəhəngindəki gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. 

Apasport.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, “Liverpul” klubu Salahın meneceri ilə ilkin təmas qurub və yaxın vaxtlarda rəsmi danışıqlara başlanılacaq.

Görüşlər futbolçunun Misir milli komandası ilə Afrika Millətlər Kubokunda (AFCON) iştirak etdiyi dövrdə keçiriləcək. Bu səbəbdən o, danışıqlarda birbaşa iştirak etməyəcək və proses onun nümayəndələri vasitəsilə aparılacaq.

Məlumata görə, tərəflər ayrılıq qərarı verəcəyi təqdirdə, Salah üçün ən real variant Səudiyyə Ərəbistanı klublarıdır. Bununla belə, ulduz futbolçunun yanvar ayında “Liverpul”dan ayrılmasının ehtimal edilmədiyi bildirilib.

Qeyd edək ki, Salah uzun illərdir “Liverpul”un əsas simalarından biri hesab olunur və komandanın uğurlarında mühüm paya sahibdir.

Dünyanın ən bahalı klubları bəlli olub - “Real” zirvədə

“Trabzonspor”un gənc futbolçusu dünya nəhənglərinin radarında

Türkiyə Kuboku: İlk tura yekun vurulub

“Liverpul” Sörlot uğrunda “Fənərbaxça” ilə rəqabətə girir

“Fənər”in maraqlandığı futbolçu Niderland klubunda qalacaq

Seçilən
51
2
apasport.az

3Mənbələr