AZ

Bild: “Putin Donbası Trampın planı əsasında tuta bilər”

AzVision.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin məlumatına görə, Ukrayna müharibəsində 2025-ci ildə Rusiya təxminən 100 min hərbçi itirib.

Rusiyanın müxalif “Mediazona” nəşrinin təhlilinə əsasən, artıq ilin ortalarına qədər Rusiyanın itkiləri 48 min nəfərə çatıb ki, onlardan da yalnız 22 mininin adı bəllidir. İlin ikinci yarısında bu rəqəm faktiki olaraq dəyişməz qalıb.

Nəşr qeyd edir ki, 2025-ci ildə Rusiya itkilərinin 90%-i Ukrayna FPV pilotsuz təyyarələrinin hücumlarının nəticəsidir.

“Bundan başqa, Rusiya prezidenti Vladimir Putin Ukraynanın dörd bölgəsini tamamilə ələ keçirmək məqsədinə çatmaqdan çox uzaqdır. Ukrayna hələ də Donetsk vilayətində 5700, Zaporojye vilayətində 5800, Xerson vilayətində isə 6400 kvadrat kilometr əraziyə nəzarəti öz əlində saxlayır”, - qəzet yazır.

“Bild” nəşri onu da diqqətə çatdırır ki, Rusiya iqtisadiyyatı inflyasiya və hədsiz faiz dərəcələri səbəbindən zəifləməyə davam edir. Qəzet bunun təkcə Qərbin sanksiyaları deyil, həm də neft, qaz və enerji sektorlarında Rusiyanın mühüm infrastrukturuna Ukraynanın yüzlərlə zərbə endirməsi ilə bağlı olduğunu vurğulayır.

- Moskvanın Ukraynada“tez qələbə”üçün yeganə ümidi ABŞ prezidenti Donald Trampın administrasiyası ilə birgə hazırlanan sülh planıdır. Yalnız bu yolla Putin Ukrayna qoşunlarını onun üçün kritik olan bölgələrdən geri çəkilməyə məcbur edə bilər”, - nəşr yazır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr