Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Təhsil Tələbə Kredit Fondu (TTKF) Elm və Təhsil Nazirliyi tərəfindən yaradılıb və onun fəaliyyəti gəlir və ya mənfəət əldə etməyə yönəlməyib. Fondun əsas məqsədi təhsilə, vətəndaşa və cəmiyyətə dəstək göstərməkdir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat zamanı bildirib.
Sədr vurğulayıb ki, Fondun yaradılmasının başlıca məqsədi təhsilin əlçatanlığını təmin etməkdir:
“Fondun bütün əməkdaşları bu əsas prinsiplə fəaliyyət göstərir: maliyyə çətinliyi səbəbindən heç bir vətəndaş təhsildən kənarda qalmamalıdır. Təhsil hər kəs üçün əlçatan olmalıdır”.
Bəhruz Əzimov qeyd edib ki, Fondun əsas missiyalarından biri təhsildə bərabər imkanların yaradılmasıdır. Sosial vəziyyətindən asılı olmayaraq bütün tələbələr üçün bərabər şərtlər təmin olunur, fiziki imkanları məhdud şəxslər üçün əlçatanlıq yaradılır, həmçinin gender bərabərliyi prinsipi qorunur. Tələbələrin həm xanım, həm də bəy olması fərq etmədən, hər kəs Fondun xidmətlərindən bərabər şəkildə yararlana bilir.
Zeynəb Rzayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.