AZ

Bakı Metropoliteni ndə kabel xətlərinin yenilənməsinə 4 milyon manat xərclənəcək

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Bakı Metropoliteni" QSC-nin istismar müddətini başa vurmuş orta gərginlikli (6-10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montajı ilə bağlı satınalma prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, satınalmanın qalibi "Bakıelektro" ASC olub.

Tenderin məbləği 3 milyon 951 min 9 manat 58 qəpik təşkil edir.

Layihə çərçivəsində mövcud köhnə kabel xətlərinin sökülməsi və onların müasir, təhlükəsizlik tələblərinə cavab verən yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
1
oxu.az

2Mənbələr