AZ

BMT ilə əməkdaşlığın məcburi köçkünlük probleminin yaratdığı çətinliklərin həllində oynadığı rol müzakirə edilib (FOTO)

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin sədri Rövşən Rzayev Birləşmiş Millətlər Təşkilatının(BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanıölkəmizdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbuledib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə BMT və onunixtisaslaşmış qurumları ilə uzunmüddətli əməkdaşlığın ölkəmizinüzləşdiyi qaçqınlıq və məcburi köçkünlük probleminin yaratdığıçətinliklərin aradan qaldırılmasında əhəmiyyətli rol oynadığı qeydedilib.

Həmçinin bildirilib ki, qaçqınların və məcburi köçkünlərinproblemlərinin həlli Prezident İlham Əliyevin rəhbərliyi iləölkəmizdə həyata keçirilən sosial siyasətdə də daim prioritetistiqamətlərindən olub. Birinci vitse-prezident Mehriban xanımƏliyevanın da ictimai-siyasi fəaliyyətində də bu kateqoriyadan olanxüsusi insanlara diqqət və qayğı göstərilməsi mühüm yer tutub.

Vladanka Andreyevanın ölkəmizdə öz missiyasını dövlətimiz vəxalqımız üçün çox əlamətdar bir dövrdə uğurla yerinə yetirdiyivurğulanıb. Belə ki, torpaqlarımızın işğaldan azad edilməsinəticəsində məcburi köçkünlərin doğma yurd yerlərinə geri dönüşübaşlayıb və Böyük Qayıdışa dair I Dövlət Proqramı icra edilir.Azərbaycan hökumətinin qayıdış prosesinin könüllü, təhlükəsiz vələyaqətli şəkildə aparılmasını təmin etmək üçün gördüyütədbirlərin, Qarabağda və Şərqi Zəngəzurda gedən genişmiqyaslıbərpa-quruculuq işlərin beynəlxalq miqyasda maraqla qarşılandığıvurğulanıb. Eyni zamanda, həmin ərazilərdə mina və partlamamışhərbi sursatların yaratdığı təhlükənin hələ də qaldığı, beynəlxalqtəşkilatların bu təhlükənin aradan qaldırılması sahəsində ölkəmizlədavamlı əməkdaşlığının vacibliyinə toxunulub.

Vladanka Andreyevanın BMT-nin Azərbaycandakırezident-əlaqələndiricisi kimi fəaliyyəti dövründə Dövlət Komitəsiilə əməkdaşlığı yüksək qiymətləndirilib. Onun rəhbərliyi dövründəBMT təsisatları ilə tərəfdaşlığın daha da dərinləşdiyi, qaçqınlarınvə məcburi köçkünlərlə bağlı humanitar və inkişaf yönümlülayihələrin icrası sahəsində mühüm nəticələrin əldə edildiyibildirilib.

Komitə sədri Rövşən Rzayev Vladanka Andreyevaya Azərbaycandakıfəaliyyəti dövründə göstərdiyi səmərəli əməkdaşlığa və verdiyitöhfələrə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlararzulayıb.

Öz növbəsində, Vladanka Andreyeva səmimi qəbula və ölkəmizdəkifəaliyyətinə verilən dəyərə görə minnətdarlığını bildirib,Azərbaycanda qazandığı təcrübənin gələcək fəaliyyəti üçün önəmliolduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqla maraq doğuran bir sıra məsələlərlə də bağlıfikir mübadiləsi aparılıb.

BMT
BMT
BMT
Seçilən
30
9
az.trend.az

10Mənbələr