Təhsil Tələbə Krediti Fondu tərəfindən indiyədək 1500-dən çox vətəndaşa Fondun ofisində birbaşa xidmət göstərilib. Bunu fondun rəhbəri Bəhruz Əzimov 4 ilin hesabatını təqdim edərkən deyib.
O bildirib ki, elektron müraciət kanalları vasitəsilə isə Dövlət Müraciət Sistemi (DMS) üzərindən 196, Tələbə Müraciət Sistemi (TMS) üzərindən isə 122 müraciətə baxılaraq cavab verilib.
Bununla yanaşı, çağrı mərkəzi və ofis vasitəsilə ümumilikdə 45 906 zəng qəbul edilib.
Fond rəhbəri bildirir ki, vətəndaşların məlumatlandırılması və suallarının cavablandırılması məqsədilə sosial media platformaları üzərindən də aktiv fəaliyyət aparılır.
Belə ki, Instagram, Facebook, YouTube, TikTok və WhatsApp platformaları vasitəsilə 120 mindən çox sorğu cavablandırılıb.
Qeyd olunub ki, vətəndaş müraciətlərinin şəffaf, operativ və əlçatan şəkildə cavablandırılması Fondun əsas prioritetlərindən biridir.
Gülnar Nazimqızı