AZ

Emin: “Gələn ilin yayında Riki Martini yenidən Bakıda görəcəyik” – VİDEO

Azərbaycanın Xalq artisti Emin Instagram sosial şəbəkəsində dünya şou-biznesinin ulduzu Riki Martinlə necə tanış olmasından danışıb.

Bizim.Media xəbər verir ki, Riki Martinin ad gününə həsr olunmuş paylaşımda müğənni bildirib ki, onlar Monakoda keçirilən World Music Awards beynəlxalq musiqi mükafatlarının təqdimat mərasimində tanış olublar:

“Bu mükafatı mənə də təqdim etdilər, həmçinin Timatiyə və Qriqori Lepsə də verildi. Səhnə arxasında çoxlu sayda sənətçi var idi, beynəlxalq səviyyəli böyük ulduzların sonsuz siyahısı…

Orada Riki Martin də var idi və biz tanış olduq. Daha sonra isə keçən il onun Sea Breeze-də konsertini təşkil etdik. Çox möhtəşəm çıxış etdi və ümid edirəm ki, gələn ilin yayında onu yenidən Bakıda görə biləcəyik”.

Xatırladaq ki, Riki Martinin Bakıda konserti 2 avqust 2024-cü ildə baş tutub. Elə həmin gün Riki Martinin ulduzu Sea Breeze Walk of Fame – incəsənət xadimlərinin nailiyyətlərini əbədiləşdirən Şöhrət xiyabanında açılıb.


Bizim.Media

Seçilən
34
1
bizim.media

2Mənbələr