AZ

Möcüzə və faciə BİR ARADA: 10 yaşlı uşaq bir anda YETİM QALDI – FOTO/VİDEO

Kolumbiyada tualetə getmək 10 yaşlı uşağın həyatını xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Valideynlər onu zarafatla videoya çəkərkən yük maşını avtomobili əzib, ər-arvad ölüb.

Məlumata görə, Kolumbiyada 10 yaşlı uşaq təbii ehtiyacını ödəmək üçün avtomobildən düşməsi sayəsində möcüzəvi şəkildə sağ qalıb.

Hadisə ailə çimərlikdən evə qayıdarkən baş verib. Uşağın tualet ehtiyacı yarandığı üçün onlar yolda dayanmaq məcburiyyətində qalıblar.

Uşaq kənarda işini görərkən valideynləri zarafat olsun deyə onu kənardan videoya çəkiblər. Elə həmin an yüksək sürətlə gələn yük maşını ailənin dayanan avtomobilinə çırpılıb.

Nəticədə hər iki valideyn hadisə yerində həlak olub, uşaq isə bir anın içində yetim qalıb.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
1
1
interpress.az

2Mənbələr