''Fənərbaxça'' prezidenti Sadəttin Saranla bağlı olaylar gündəmi zəbt etməkdə davam edir.
Xəbər verdiyimiz kimi onun saçından götürülən testin dünən pozitiv çıxdığı və bədənində kokain olduğu aşkarlanmışdı. Ancaq onun sidik, qan və dırnaq testləri təmiz çıxmışdı. Saran dərhal açıqlama verərək heç vaxt kokaindən istifadə etmədiyini bildirmiş və testin nəticəsinin yanlış olduğunu demişdi. Daha sonra Saran müstəqil və özəl bir klinikaya yollanaraq yenidən müxtəlif testlər vermişdi.
Dünən gecə saatlarında isə yeni xəbər gəldi. Son olayların ardından İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən onun saxlanılması ilə bağlı qərar verildi. Prokurorluqdan verilən açıqlamada qeyd olunub ki, əldə olunan yeni dəlillərdən sonra narkotik maddələrin istifadəsi və dövriyyəsində günahlandırılan Saran polislər tərəfindən saxlanılıb.
Başqan bu gün yenidən ifadə verəcək və onun ifadəsindən sonra prokurorluq yeni qərar qəbul edəcək.
Bu olayın ardından ''Fənər''in idarə heyəti stadionda təcili olaraq toplantı keçirib. Həmin anlarda bəzi fanatlar da stadionun önündə toplaşaraq Sarana dəstək nümayiş etdiriblər.
Bu gün səhər saatlarından etibarən ''Fənər''li yönəticilər və fanatların ədliyyənin önündə toplaşacağı gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta