AZ

Qazaxıstan və Ermənistan Daxili İşlər nazirlikləri əməkdaşlığı genişləndirir

BAKI, 25 dekabr. TELEQRAF

Ermənistan və Qazaxıstan hüquq-mühafizə sahəsində əməkdaşlığı genişləndirir

Ermənistan daxili işlər nazirinin müavini Armen Qazaryanın rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın cinayətlərin qeydiyyatı və təhlili sahəsində təcrübəsini öyrənmək üçün Astanada işgüzar səfərdə olub.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində Ermənistan Daxili İşlər Nazirliyinin nümayəndə heyəti Qazaxıstan daxili işlər nazirinin müavini Aydar Saidbekov ilə görüşüb.

Görüşdə rəqəmsal layihələrlə bağlı müzakirə aparılıb.

Armen Qazaryan səfər zamanı öyrənilən təcrübə və təqdim olunan İT həllərinin əhəmiyyətini vurğulayaraq, onların Daxili İşlər Nazirliyinin sistemində tətbiq imkanlarını bildirib.

Səfərin yekun nəticəsinə əsasən, Qazaxıstanın səlahiyyətli qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqları bir daha təsdiqlənib. Bu əməkdaşlıq İT sahəsində mövcud təcrübə və həllərin ətraflı öyrənilməsi və onların Daxili İşlər Nazirliyinin ehtiyaclarına uyğunlaşdırılması istiqamətində həyata keçiriləcək.

Seçilən
14
teleqraf.com

1Mənbələr