AZ

Amerikalı sakin təxminən 2 milyard dollarlıq cekpotun qalibi olub

Bakı. Trend:

Amerikanın ən məşhur lotereyalarından olan “Powerball”da Miladbayramı ərəfəsində təşkilatın tarixindən ən böyük cekpotlarındanbiri - 1,8 milyard dəyərində mükafat oynanılıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, cekpotun qalibi Arkanzas ştatının sakiniolub.

Lotereyanın rəsmi saytı hələlik həmin bəxtəvərin kimliyiniaçıqlamır. Vergilərin çıxılmasından sonra xalis mükafatın 835milyon dollar təşkil edəcəyi bildirilir.

Bundan başqa daha səkkiz nəfər nisbətən kiçik məbləğli – 1milyon ABŞ dolları həcmində mükafatları qazanıblar.

Qeyd edək ki, “Powerball” tarixində rekord cekpot məbləğinin(2,04 milyard dollar ) uduşu 7 noyabr 2022-ci ildə qeydə alınıb.Qalib Kaliforniya sakini Edvin Kastro olub və o, vergilərinçıxılmasından sonra xalis 1 milyard dollar əldə edib.

Məqalədə:
Seçilən
29
1
az.trend.az

2Mənbələr