AZ

Kriştiano Ronaldodan nişanlısına lüks və bahalı HƏDİYYƏ

Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məşhur futbolçu Kriştiano Ronaldo nişanlısı Corcina Rodriqesə bahalı və lüks hədiyyə təqdim edib.

BAKU.WS xəbər verir ki, o Yaxın Şərqdə, Qırmızı dənizin ortasında, sahildən təxminən 16 mil aralıda yerləşən Nujuma adasından iki böyük villa satın alıb.

Ronaldonun və ailəsinin yeni yaşayış məkanı kimi seçdiyi bu prestijli ada, ölkənin paytaxtı Ər-Riyaddan təxminən 800 mil məsafədə yerləşir. Elit istirahət üçün nəzərdə tutulan məkan, dənizin üzərində dairəvi formadadır.

Hər biri təxminən 3,5 milyon funt sterlinq (8 milyon 41 min 600 AZN) dəyərində olan villaların dizaynı memar Lord Norman Fosterə aiddir.

Mənzillərdən birinin üç yataq otağı olduğu və sırf Ronaldonun ailəsinin istifadəsi üçün nəzərdə tutulduğu, digərinin isə iki yataq otağına sahib olduğu bildirilir.

Adada həmçinin qolf meydançası, yüksək səviyyəli restoranlar və dəbdəbəli sosial məkanlar da var.

Gələcək dövrlərdə isə ümumilikdə bu adada 11 yeni resortun açılması planlaşdırılır.

Futbolçu "Saudi Gazette" nəşrinə verdiyi açıqlamada hisslərini belə ifadə edib:

"Bu, sözün əsl mənasında hər cəhətdən möhtəşəm bir məkandır. İlk səfərimizdən etibarən Corcina və mən bu adanın, onun nəfəs kəsən təbii gözəlliyi ilə dərin bir bağını hiss etdik".

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
baku.ws

2Mənbələr