BAKI, 25 dekabr. TELEQRAF
“Rubin” klubunun tacikistanlı baş məşqçisi Rəşid Rəhimov yaxın vaxtlarda vəzifəsindən ayrıla bilər.
Teleqraf xəbər verir ki, Kazan təmsilçisinin rəhbərliyi ötən həftə mütəxəssisin istefaya göndərilməsi ilə bağlı qərar qəbul etsə də, bu prosesi həyata keçirə bilmir.
Səbəb isə Rəhimovun məzuniyyətdə olması və zənglərə cavab verməməsidir.
Qeyd olunur ki, “Rubin” mövsümün sonuna qədər onun yerinə Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanovu təyin etməyi planlaşdırır. Daha sonra isə klubun sabiq “Ximki” baş məşqçisi Frank Artiqanın komandaya gətirilməsi nəzərdə tutulur.