AZ

Ukraynada yaşayan soydaşımız: Dünya azərbaycanlıları Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında birləşiblər

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kiyev, 25 dekabr, AZƏRTAC

Bütün dünyada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşiblər. Ukraynada yaşayan soydaşlarımız bu gün daha qürurludurlar, çünki işğal altında olan torpaqlarımız azad edilib. İndi həmin ərazilər yenidən qurulur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ukraynada yaşayan diaspor fəalı Şamxal Quliyev söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində diaspor təşkilatlarının fəaliyyəti yeni reallıqlar fonunda uğurla davam edir. Prezident İlham Əliyev işğaldan azad edilən hər bir ərazinin müjdəsini verəndə "Qarabağ Azərbaycandır!" deyir, Azərbaycan xalqının həmrəy olub bir yumruq kimi birləşərək, Qarabağı düşməndən azad etdiyinə işarə edirdi. Beləliklə, “Dəmir yumruq” həmrəyliyimizin rəmzinə çevrildi.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları birləşdirir”, - deyə soydaşımız əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
2
azertag.az

3Mənbələr