AZ

Təbrizin Tractor klubuna ağır cəza verildi

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Təbrizin "Tractor" klubuna ağır cəza verilib.Modern.az xəbər verir ki, İran Futbol Federasiyasının İntizam Komitəsi dekabrın 18-də keçirilmiş "Tractor" - "Persepolis" oyununda intizam qaydalarının pozlduğu qənaətinə gəlib.Kubok uğrunda keçirilmiş həmin oyun "Tractor"un Tehran klubu üzərində 8:7 (penaltilərlə) qələbəsi ilə başa çatmışdı.

İntizam Komitəsinin qərarına görə, "Tractor" ölkə kubokunda həm ev, həm də səfər oyunlarında azarkeşsiz oynayacaq.

Tərbiz klubuna 3 milyard tümən məbləğində cərimə kəsilib.

"Tractor"un 12 lider azarkeşinə 6 ay müddətinə qadağa qadağa qoyulub.

Gələn mövsüm ölkə kubokunda "Persepolis"ə qarşı oyunda azarkeşlərin stadiona buraxılmaması da qərara alınıb

"Tractor" klubu İntizam Komitəsinin qərarına etiraz edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
3
modern.az

4Mənbələr