AZ

TTKF sədri: Təhsildə qızlar oğlanlardan daha uğurludur

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Növbəti semestrdən etibarən tələbələrə müraciət vaxtının başladığını xatırladan bildirişlər həm mobil telefonlarına, həm də şəxsi kabinetlərinə elektron sistem vasitəsilə göndəriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirib.

Fond sədri təhsil kreditlərinin strukturu ilə bağlı statistik göstəricilərə də toxunub. Hazırda iki növ təhsil krediti mövcuddur – sosial və standart kreditlər. Sosial kreditlər sosial cəhətdən həssas təbəqə üçün nəzərdə tutulub və ümumi rəsmiləşmələrin 35 faizini təşkil edir. Bu kreditlər müvafiq olaraq 2 və 6 faiz dərəcəsi ilə təqdim olunur.

Gender bölgüsünə diqqət çəkən Bəhruz Əzimov bildirib ki, rəsmiləşdirilən kreditlərdə xanım tələbələrin üstünlüyü açıq-aşkar görünür:

“Rəsmiləşmələrin 63 faizi xanım, 37 faizi isə kişi tələbələrin payına düşür. Maraqlıdır ki, müraciət mərhələsində kişi tələbələrin payı 39 faiz təşkil etsə də, yekun rəsmiləşmədə bu göstərici 37 faizə enir. Bu da göstərir ki, ümumi təhsil nəticələrində xanımlar daha yüksək göstəricilərə nail olurlar”.

Çıxışçı əlavə edib ki, hazırda Təhsil Tələbə Kredit Fondu üzrə ümumilikdə 70 393 nəfər tələbə kreditlə təmin olunub və bu rəqəm real vaxt rejimində artmaqda davam edir.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
bakivaxti.az

1Mənbələr