AZ

Tacikistan-Əfqanıstan sərhədində toqquşma olub




Dekabrın 24-ü gecə Əfqanıstandan Tacikistana keçməyə cəhd edən terrorçularla Tacikistan sərhədçiləri arasında silahlı toqquşma baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat verib.

Məlumata görə, əməliyyat nəticəsində Tacikistanın Xatlon vilayətinin Əfqanıstanla həmsərhəd olan Şəmsiddin Şoxin rayonunda sərhədi qanunsuz keçən terror təşkilatının üç üzvü silahlı müqavimət göstərərək zərərsizləşdirilib. Atışma zamanı iki tacik sərhədçisi də həlak olub.

Hadisə yerindən çoxlu sayda silah-sursat aşkar edilib.

Məlumatda o da qeyd edilir ki, bu, son bir ayda Əfqanıstandan Tacikistana üçüncü silahlı hücum, terror aktı və sərhəd keçididir. Belə hallar nəticədə mülki şəxslərin və hərbçilərin ölümü ilə nəticələnir.

Süleyman
Seçilən
36
newscenter.az

1Mənbələr