AZ

Dövlət quruculuğu prosesində yeni dinamika formalaşıb- ÖZƏL

"2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması dövlətin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə, suverenliyin gücləndirilməsinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Hər bir xalq üçün müstəqil və suveren dövlət qurmaq, onu qorumaq və davamlı şəkildə inkişaf etdirmək ən böyük tarixi nailiyyətdir. Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil respublika yeni dövrün çağırışlarına uyğun şəkildə hərtərəfli inkişaf mərhələsini yaşayır. Əldə olunan sürətli irəliləyiş və yüksək nəticələr isə Ulu Öndərin siyasi irsini uğurla davam etdirən, güclü dövlət və dinamik inkişaf strategiyasının müəllifi, Qalib Dövlətin Qalib Lideri İlham Əliyevin adı ilə bilavasitə bağlıdır.
Cənab İlham Əliyev ötən 22 il ərzində həyata keçirdiyi məqsədyönlü və ardıcıl fəaliyyətlə tarixi inkişaf yolunu yeni məzmunla zənginləşdirərək daha yüksək mərhələyə yüksəltmişdir. Bu dövrdə sabitlik möhkəmlənmiş, beynəlxalq nüfuz artmış, dövlət quruculuğu prosesində yeni dinamika formalaşmışdır. Bütün istiqamətlər üzrə əldə edilən ciddi nailiyyətlər daxili və xarici siyasətin vəhdətinin təmin olunduğunu göstərir. Nəticə etibarilə, ölkə hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir və həyata keçirilən kurs müasir, səmərəli və uzunmüddətli perspektivlər baxımından uğurlu xarakter daşıyır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
olaylar.az

1Mənbələr