AZ

Ən çox TTK rəsmiləşdirilən təhsil müəssisəsilərihansılardır?

Tələbə Təhsil Krediti üzrə ən çox rəsmiləşdirilmə aparılan ali təhsil müəssisələrinin siyahısı açıqlanıb. Təqdim olunan rəsmi statistikaya əsasən, hazırda TTK-dan ən çox yararlanan tələbələrin təhsil aldığı universitetlər və onların göstəriciləri məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində bildirilib.

Siyahıya Azərbaycan Dövlət İqtisad Universiteti başçılıq edir. UNEC-də ümumilikdə 4 365 tələbə TTK ilə təhsil alır. Onlardan 48 faizi qadın, 52 faizi kişi tələbələrdir. Kredit alanların 78 faizi standart, 22 faizi isə sosial TTK kateqoriyasına daxildir.

İkinci pillədə Gəncə Dövlət Universiteti qərarlaşıb. Burada 4 056 tələbə TTK-dan yararlanır. Tələbələrin 71 faizi qadın, 29 faizi kişidir. Kreditlərin 62 faizi standart, 38 faizi sosial kreditlərdir.

Üçüncü yerdə Azərbaycan Texniki Universiteti yer alır. Bu ali məktəbdə 3 441 tələbə TTK alır. Onların 40 faizi qadın, 60 faizi kişidir. Kredit alanların 67 faizi standart, 33 faizi sosial kateqoriyaya daxildir.

Sonrakı sıralarda isə Bakı Dövlət Universiteti (3 223 nəfər), Azərbaycan Kooperasiya Universiteti (3 169 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universiteti (2 711 nəfər), Mingəçevir Dövlət Universiteti (2 491 nəfər), Lənkəran Dövlət Universiteti (2 488 nəfər), Bakı Biznes Universiteti (2 457 nəfər) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (2 184 nəfər) yer alıb.

Nuriyyə NATİQQIZI

Seçilən
138
5
redaktor.az

7Mənbələr