Mərkəzi Bank növbəti ildə pul siyasәti qәrarlarının ictimaiyyәtә təqdim ediləcəyi tarixləri açıqlayıb.
Teleqraf xəbər verir ki, 2026-cı ildә faiz dәhlizinin parametrlәrinә dair qәrarlar 8 dәfә ictimaiyyәtә tәqdim edilәcәk.
Məlumata görə, bunlar 4 fevral, 2 aprel, 6 may, 24 iyun, 5 avqust, 23 sentyabr, 4 noyabr, 23 dekabr tarixləridir. 2026-cı ilin 4 fevral, 6 may, 5 avqust vә 4 noyabr tarixlәrindә qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq, hәmçinin hәmin günlәrdә ekspertlәrlә görüşlәr keçirilәcәk. Qәrarlar elan olunduqdan sonrakı iş günündә qüvvәyә minәcәkdir.
Qeyd edək ki, faiz dәhlizinin parametrlәrinә dair qәrarlar inflyasiyanın dərəcəsindən asılı olaraq verilir və Mәrkәzi Bankın son (oktyabr 2025) proqnozlarına görә 2026-cı ildә illik inflyasiyanın 5.7% olacağı gözlәnilir.