AZ

İnsult və xərçəng: Məşhur aktyor ağır vəziyyətdə reanimasiyaya YERLƏŞDİRİLDİ – VİDEO

“Reketir” filminin ulduzu, aktyor Murat Bisembin insult keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Xərçəngdən əziyyət çəkən aktyorun vəziyyəti ağırdır, onun Almaniyaya aparılması müzakirə olunur.

Məlumata görə, “Reketir” filminin ulduzu, tanınmış aktyor Murat Bisembin insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, aktyorun halı evdə qəflətən pisləşib. Hazırda Qazaxıstanda olan sənətçinin həyatını xilas etmək üçün həkimlər mübarizə aparırlar.

Tibb işçiləri onun müalicə üçün Almaniyaya nəql edilməsi məsələsini nəzərdən keçirirlər.

Qeyd edək ki, Murat Bisembin 2024-cü ildən bəri mədəaltı vəzi xərçəngindən müalicə olunur.

Aktyor tamaşaçılara “Reketir”, “Çəhrayı dovşan haqqında nağıl”, “Rayonlar” və “Biznesmenlər” filmlərindəki yaddaqalan rolları ilə tanışdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
4
interpress.az

1Mənbələr