AZ

"Bu məğlubiyyət bizə siqnal oldu" - Adil Şükürov

"Səbail" I Liqanın XII turunda gözlənilmədən autsayder "Şimal"a 3:4 hesabı ilə məğlub olaraq Premyer Liqaya vəsiqə mübarizəsində növbəti zərbəni aldı. "Dənizçilər"in baş məşqçisi Adil Şükürov komandasının oyununu dəyərləndirib. 

48 yaşlı mütəxəssis Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib: 

"Göründü ki, komandanı oyuna tam hazırlaya bilməmişik. Arxayınçılıq var idi. Nə qədər çalışsaq da, görünür, bu münasibəti dəyişə bilməmişdik. Nəticəsi meydanda göründü. Bu məğlubiyyət bizə siqnal oldu. Nəyi dəyişmək lazımdır, qış hazırlığını hansı istiqamətdə qurmaq lazımdır, artıq əlimizdə material var. Bizi çox iş gözləyir. İkinci dövrəyə ciddi hazırlaşacağıq".

Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Mirağa

Seçilən
7
3
fanat.az

4Mənbələr