AZ

Türk İnvestisiya Fondu sürətli nəticə üçün əvvəlcə az xərcli layihələri maliyyələşdirəcək (ÖZƏL)

Bakı. Trend:

Türk İnvestisiya Fondu ilkin mərhələdə əsas diqqəti sürətli vəkonkret nəticələr verəcək az xərcli layihələrə yönəldəcək.

Bunu Trend-əverdiyi özəl müsahibədə Türk İnvestisiya Fondunun baş direktoruRamil Babayev bildirib.

“Genişləndikcə daha iri və mürəkkəb layihələrə keçəcəyik.Məqsədimiz 2030-cu ilə qədər tam formalaşmış investisiyaplatformasına çevrilmək və regional iqtisadi əməkdaşlıq üçünetibarlı dayaq olmaqdır”, – deyə o bildirib.

R. Babayev qeyd edib ki, fondun əməliyyat fəaliyyətinin işəsalınması və maliyyələşdirməyə başlanılması 2026-cı ilin birincirübünün sonunadək planlaşdırılır.

“Bu qərar bizim üçün çox vacibdir, çünki fondun yaradılmamərhələsindən maliyyə əməliyyatlarının icrasına keçidini ifadəedir. Layihə müraciətləri üzrə hazırlıq işləri artıq aparılır və2026-cı ildə əməliyyat strukturu tam şəkildə qurulan kimimaliyyələşmənin başlanması gözlənilir. Eyni zamanda, gələcəkdəbirgə maliyyələşdirilən layihələr üçün zəmin yaratmaq məqsədilə birsıra regional və beynəlxalq maliyyə institutları ilə ilkinməsləhətləşmələr də aparmışıq”, – deyə baş direktor vurğulayıb.

Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması barədəqərar 11 noyabr 2022-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT)9-cu sammitində qəbul edilib. Fondun üzvləri Azərbaycan,Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.Fondun məqsədi regional ticarətin genişləndirilməsi və iqtisadifəaliyyətin dəstəklənməsi yolu ilə TDT-yə üzv dövlətlərin iqtisadiinkişafına töhfə verməkdir.

Məqalədə:
Seçilən
97
3
az.trend.az

4Mənbələr