AZ

Rusiya hərbçilərinə hücum edən Basayev və Xəttab saxlanılıb

Hurriyyet.az xəbər verir ki, Basayev və Xəttab (dəstəsinin üzvü) Stavropol diyarında saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsi (İK) “Lenta.ru”-ya məlumat verib.

Onlar Rusiya Cinayət Məcəlləsinin 209 ("Banditizm"), 279 ("Silahlı üsyan") və 317 ("Hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsd") maddələri ilə ittiham olunur.

Müstəntiqlərin sözlərinə görə, Əlibi Yaipkayev Basayev və Xəttabın rəhbərlik etdiyi dəstənin tərkibində 1999-cu ildə Botlix rayonunda silahlı üsyanda iştirak edərək Dağıstanda antiterror əməliyyatında iştirak edən və ictimai təhlükəsizliyi təmin edən hərbçiləri öldürməyə cəhd edib.

Məhkəmə onların barəsində məhkəməyəqədər həbs qərarı verib.

NURAY

Seçilən
18
1
hurriyyet.az

2Mənbələr