AZ

Kambocada 630 min insan Tailandla münaqişə səbəbindən evlərini tərk edib

Bakı, 25 dekabr, AZƏRTAC

Kambocanın 630 mindən çox vətəndaşı Tailandla sərhəddə davam edən münaqişə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

AZƏRTAC xəbər verir ki, Kambocanın Daxili İşlər Nazirliyinin son məlumatına görə, sərhədyanı ərazilərdə gedən döyüşlər nəticəsində 31 mülki şəxs həlak olub, 87 nəfər yaralanıb, həmçinin 125 yaşayış binası, bir neçə şəhər və yol infrastrukturu obyekti dağılıb.

Xatırladaq ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Dekabrın 9-dan bəri Tailand Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları qonşu ölkənin ərazilərinə aviazərbələr endirir. Kamboca ordusu isə Tailandı BM-21 raketləri ilə atəşə tutur və kamikadze dronlarından istifadə edir.

Seçilən
63
1
azertag.az

2Mənbələr