AZ

Təhsil tələbə kreditinə müraciətlərə hansı halda imtina verildiyi açıqlanıb

Bakı. Trend:

Təhsil kreditləri üzrə seçim zamanı tələbələrin akademikgöstəriciləri və sosial uyğunluğu əsas meyar kimi nəzərəalınır.

Trend xəbərverir ki, bunu bu gün Bakıda keçirilən Təhsil Tələbə KreditiFondunun İdarə heyətinin sədri Bəhruz Əzimov fondun 4 illikfəaliyyətinə dair hesabat tədbirində jurnalistlərin suallarınacavablandırarkən bildirib.

Onun sözlərinə görə, təhsil kreditlərinin ayrılması üçüntələbənin göstəriciləri əsas rol oynayır:

"Əgər sosial kredit üzrə müraciət edən tələbənin sosialuyğunluğu sistemdə təsdiqlənmirsə, müraciətə imtina cavabıverilir.

Standart təhsil kreditində isə qiymət ortalaması əsas götürülür.Belə ki, tələbə ikinci və sonrakı semestrlərdə minimum 71 baltoplamalıdır. Əgər bu tələbi yerinə yetirməzsə, kreditverilməsindən imtina olunur. Həmçinin, hər iki kredit növü üzrətələbənin akademik borcunun (kəsirinin) olması da imtinasəbəblərindəndir".

Məqalədə:
Seçilən
103
az.trend.az

1Mənbələr