AZ

Türkiyədə Yeni il gecəsi hücuma hazırlaşan İŞİD üzvləri saxlanıldı

İstanbul Baş Prokurorluğu Yeni il şənlikləri zamanı hücumlara çağırış etdiyi və planlaşdırdığı iddia edilən 137 şübhəliyə qarşı əməliyyat başladıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Onun sözlərinə görə, əməliyyatlar 124 ünvanda aparılıb və 115 şübhəli saxlanılıb.

"İŞİD üzvlərinin Türkiyə vətəndaşlarını hədəf ala biləcək hücumlar üçün çağırışlar və planlar etdiyi aşkarlanıb,  sözügedən şəxslər  hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla saxlanılıb", - nazir qeyd edib. 

Bildirilir ki, ünvanlarda aparılan axtarışlar zamanı tapança, sursat və çoxsaylı təşkilati sənədlərin müsadirə edilib. Qalan şübhəlilərin tapılması üçün səylər davam edir.

Gülayə Mecid 

Seçilən
77
50
unikal.az

10Mənbələr