Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Şamaxı, 25 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında “Möhtəşəm Zəfər yolu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ictimaiyyət nümayəndələri, gənclər və partiya fəalları iştirak ediblər.
Tədbiri YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldığını, bu Zəfərin ölkəmizin siyasi, hərbi və mənəvi gücünü bütün dünyaya nümayiş etdirdiyini bildirib.
Sonra “Möhtəşəm Zəfər yolu: Yeni zirvələrə doğru” adlı sənədli film nümayiş olunub. Film Vətən müharibəsində qazanılan Qələbənin əsas mərhələlərini, ordumuzun şücaətini və dövlətimizin qarşıya qoyduğu yeni hədəfləri əks etdirir.
Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, partiya veteranı Mail Alıcanov çıxış edərək, Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin əhəmiyyətindən danışıb, bu möhtəşəm Zəfərin Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və ordumuzun qəhrəmanlığı sayəsində əldə olunduğunu vurğulayıblar. Çıxışlarda, eyni zamanda, xalq–iqtidar birliyinin ölkəmizin möhkəmlənməsi, dayanıqlı inkişafı və gələcək hədəflərə doğru inamla irəliləməsində mühüm rol oynadığı xüsusi qeyd edilib.
Tədbirin ikinci hissəsində 5 saylı ərazi partiya təşkilatının sədri, Yeni Azərbaycan Partiyasının veteran üzvü, yubilyar Rəfail Tağızadəyə partiya sıralarındakı uzunmüddətli, səmərəli fəaliyyətinə görə fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.
İştirakçılar yubilyarı təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.