Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türkiyəli məşhur müğənni və aktyor Özcan Denizin anası Kadriye Denizlə bağlı kədərli xəbər yayılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Kadriye Deniz sentyabr ayından xərçəng xəstəliyi ilə mübarizə aparır və proses davam edir.
Müğənninin bacısı Yurda Gürler bildirib ki, Kadriye Deniz bir müddət də kemoterapiya almalı olacaq. Yaxınları bu çətin dövrdə duaların və xoş arzuların onlar üçün çox önəmli olduğunu vurğulayıb.
Qeyd edək ki, Özcan Deniz son illər ailəsi ilə arasındakı qalmaqallarla gündəmə gəlir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.