Sea Breeze
Bu gündən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanı tədavülə buraxılıb.Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.Bildirilib ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Kağız pul nişanının üzərində həmçinin “2025” istehsal ili əks olunub.Yenilənmiş 50 manatlıq əskinasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.Yenilənmiş 50 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.Qeyd edək ki, bundan əvvəl 50 manatlıq pul nişanının üzərində Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun imzası yer alırdı.Xatırladaq ki, Elman Rüstəmov 1995-ci ildən 2022-ci ilə qədər AMB-yə sədrlik edib.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX