AZ

"TTKF peşə təhsili alan tələbələrə də öz imkanlarını təqdim edir" -Səbuhi Rzayev

"Təhsil tələbə krediti fondu təkcə ali təhsildə deyil, orta ixtisas və peşə təhsili alan tələbələrə də öz imkanlarını təqdim edir. Son dövrlərdə orta ixtisas təhsilində aparılan islahatlar, yeni təyinatlar artıq orta ixtisas üçün yeni inkişaf dövrünün başlanğıcını göstərir".

Redaktor.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Təhsil Tələbə Kredit Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində qeyd edib.

"Peşə təhsili ilə bağlı ölkə başçısının dekabr ayının əvvəllərində imzaladığı tarixi sərəncam bir daha sübut etdi ki, artıq 2030-cu ilə qədər bizim 21 peşə təhsili müəssisəmiz yenidən qurulacaq, iki peşə təhsili müəssisəsi təmir olunacaq. Yəni peşə təhsilinin əsas problemi infrastruktur ilə bağlı bu sərəncamdan artıq yeni bir dövr formalaşacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
61
redaktor.az

1Mənbələr